Azərbaycanlı nazir Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı açıqlama verdi
Bugün
139
Dünya
A
Azərbaycanlı nazir Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı açıqlama verdi

"Bakı-Tbilisi sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".

Aktual.ge xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tbilisi sərnişin qatarının yola salınması zamanı deyib.

"Bakı-Tbilisi qatarının yolda salınması xalqımıza xeyirli olsun. Bu Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir", – azərbaycanlı nazir deyib və əlavə edib ki, Gürcüstan qonşu, dost dövlətdir.

Cavid Qurbanov Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını xatırladıb:

"Bu sərnişin qatarı xalqımızın, iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq".

Qeyd edək ki, Cavid Qurbanov Bakı-Tbilisi qatarının ilk sərnişlərindən biri olub.

ŞƏRH YAZ
0