Daxili İşlər Nazirliyi “Müxalifət Alyansı”nın liderlərindən biri olan Nika Qvaramia tərəfindən yayılan və 26 may üçün planlaşdırılan aksiya ilə bağlı məlumata izah açıqlaması verib.
Aktual.ge xəbər verir ki, qurumdan bildirilib ki, təşkilatçıların DİN-ə təqdim etdiyi müraciət qanunla müəyyən edilmiş tələblərə uyğun olmayıb.
"Təqdim olunan ərizə qanunla müəyyən edilmiş tələblərə uyğun olmayıb. O cümlədən, ərizənin təqdim edilməsi üçün qanunla müəyyən edilmiş müddətə riayət edilməyib, həmçinin ərizədə toplantı/nümayişin məqsədi, bitmə vaxtı, iştirakçıların təxmini sayı və təcili tibbi yardımın təmin edilməsi forması göstərilməyib. Buna müvafiq olaraq, təşəbbüskarlara bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti 'Toplantı və nümayişlər haqqında' Gürcüstan qanunu ilə müəyyən edilmiş tədbirləri həyata keçirmək imkanına malik deyil" , - qeyd olunub.
Məlumat üçün bildirək ki, "Müxalifət Alyansı"nın liderlərindən biri Nika Qvaramianın sözlərinə görə, 26 may tarixinə planlaşdırılan aksiya ilə bağlı Tbilisi meriyasından sonra DİN-dən də cavab alıb.
O, "Facebook" səhifəsində yazıb: "Meriyadan sonra DİN də imtina etdi. Bunların cavabı ümumiyyətlə heyrətamizdir: 'Qvaramia özü niyə gəlmədi' deyirlər. Başqa çoxlu axmaq bəhanələr də var, amma əsas məsələ budur ki, biz artıq bilirik: bu ölkədə etiraz etmək qadağandır, həqiqətən də qadağandır. 'Evdə nə istəyirsinizsə edin' taktikası işə yaramayacaq, 'Gürcü Arzusu' aksiya konstitusiyanın bizə verdiyi hüquq çərçivəsində keçiriləcək, antikonstitusion hakimiyyətin antikonstitusion cavablarına isə daha sonra ədalətli məhkəmədə baxılacaq.
Bundan əvvəl Nika Qvaramia "Facebook"da yazıb ki, Tbilisi meriyası "Müxalifət Alyansı"na 26 may tarixinə planlaşdırılan etiraz aksiyası üçün konstruksiyaların (səhnə və s.) quraşdırılmasına icazə verməyib.
Daha dəqiq desək, meriyanın "Alyans"a göndərdiyi cavabda qeyd olunur ki, 26 May – Gürcüstanın Müstəqillik Günü ilə bağlı Tbilisidə rəsmi tədbirlər planlaşdırıldığı, nəqliyyatın hərəkət sxemi dəyişdirildiyi üçün parlamentin yaxınlığında konstruksiyaların, o cümlədən səhnənin qurulmasını meriya "yolverilməz" hesab edir.