Azərbaycanın Təbrizdəki konsulu həlak olub
23.05.2026 23:23
417
Dünya
A
Azərbaycanın Təbrizdəki konsulu həlak olub

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat verilib.

"Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!" , - məlumatda deyilir.

ŞƏRH YAZ
3