Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur - FOTO
25.05.2026 11:12
152
Siyasət
A
Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur - FOTO

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

Aktual.ge xəbər verir ki, mayın 25-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyinin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) nümayəndələri, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onu müşayiət edən şəxslər, eləcə də jurnalistlər 28 May - Müstəqillik Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

Parka toplaşanlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları daha sonra Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarının yerləşdiyi panteonu ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.

M.F.Axundzadə, M.Şəfi Vazeh və digər mütəfəkkirlərin də məzarları ziyarət olunub.

ŞƏRH YAZ
1