Kateqoriyalar
Sinoptiklərin proqnozuna görə, 25 may səhərinədək Gürcüstanın əksər ərazilərində yağış gözlənilir.
Aktual.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, 23 may günün ikinci yarısından 25 may səhərinədək Gürcüstanın əksər bölgələrində arabir yağış, bəzi yerlərdə güclü yağış, şimşək və dolu ehtimal olunur.
“Müşahidə olunacaq yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər" , - bildirilən məlumatda təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.