Baş nazir: Gürcüstanda yoxsulluq azalır
25.05.2026 12:43
132
Siyasət
A
Baş nazir: Gürcüstanda yoxsulluq azalır

"Bu gün Gürcüstanın Milli Statistika Xidməti 2025-ci il üçün yoxsulluq göstəricisini açıqlayıb və bu göstərici 7,1 faizə qədər azalıb. Bu o deməkdir ki, 2025-ci ildə 7,5 faizlik iqtisadi artım fonunda 90 min vətəndaşımız yoxsulluğu aradan qaldırıb".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında söyləyib.

Hökumət başçı qeyd edib ki, 2020-ci ildən bəri Gürcüstanda yoxsulluq məhz üç dəfə – 21,3 faizdən 7,1 faizə qədər azalıb.

"Bu 5 il ərzində yoxsulluğun orta illik azalması 2,84 faiz bəndi təşkil edib.

Xatırladım ki, 2012-ci ildə 1 milyon 120 mindən çox vətəndaşımız yoxsulluq həddindən aşağı yaşayırdı, 2025-ci ildə isə bu rəqəm 280 mindən aşağı düşüb.

Bizim ən başlıca milli vəzifələrimizdən biri Gürcüstanda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. Hələ 280 min vətəndaşımız yoxsulluq həddindən aşağı yaşadığı müddətcə, təbii ki, bizim diqqətimizi yayındırmağa haqqımız yoxdur", - deyə Baş nazir qeyd edib.

Bundan əlavə, İrakli Kobaxidzenin sözlərinə görə, yüksək iqtisadi artım və yoxsulluğun azalması tendensiyasını saxlamaqla, 2030-cu ilə qədər yoxsulluğun tamamilə aradan qaldırılması tamamilə realdır.

Onun sözlərinə görə, 2020-ci ildən sonra Gürcüstanın iqtisadiyyatı lari ilə 50 milyarddan 105 milyarda, dollarla isə 16 milyarddan 38 milyarda qədər artıb və iqtisadi artımın yüksək tempinin saxlanılması hakimiyyətin ən mühüm vəzifəsidir.

ŞƏRH YAZ
13