Kateqoriyalar
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin qatarına kamikadze tərəfindən edilən hücum nəticəsində qurbanların sayı 47 nəfərə çatıb, onlardan 20-si hərbçi olub.
Aktual.ge xəbər verir ki, "Sinxua" bu barədə xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.
Həmçinin bildirilib ki, daha 98 nəfər yaralanıb.
Xatırladaq ki, hadisə dəmir yolunun Çaman Phatak rayonundan keçən hissəsində qeydə alınıb. Sərnişinlər Qurban bayramını qeyd etməyə yollanırdılar.