Tsotne İvanişvili Rustavidə gənclərlə görüşüb
24.05.2026 12:45
187
Siyasət
A
Tsotne İvanişvili Rustavidə gənclərlə görüşüb

"Əgər fərqli fikirlərə sahib olan iki insan öz vətənini sağlam düşüncə ilə, həqiqətən sevirsə, onda onlar hər mövzu barədə müzakirə edə, mübahisə edə bilərlər və bu polemika içində təbii olaraq sağlam fikir, möhkəm mövqe və ən əsası həqiqət yaranr".

Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin oğlu Tsotne İvanişvili Rustavidə keçirilən “Gürcü Arzusu” gənclər təşkilatının regional konfransında deyib.

Onun sözlərinə görə, cəmiyyətdə belə bir saxta stereotip mövcuddur ki, guya gənclərin əksəriyyəti “Gürcü Arzusu”na qarşı radikal şəkildə mənfi münasibətdədir.

“Məncə, hamımız asanlıqla razılaşarıq ki, bu gün Gürcüstanda belə bir yanlış stereotip var ki, guya gənclərin əksəriyyəti ‘Gürcü Arzusu’na çox pis münasibət bəsləyir. Məsələn, mənim də elə dostlarım var ki, bir çox mövzularda onlarla radikal fərqli mövqedə ola bilərəm, amma onlarla mübahisə etmək, söhbət etmək mənə həmişə xoşdur. Daha əvvəl də qeyd etmişdim və yenə təkrar edirəm ki, mənim fikrimcə, əgər fərqli fikirlərə sahib olan iki insan öz vətənini sağlam şəkildə, həqiqətən sevirsə, onda onlar hər mövzuda müzakirə apara, mübahisə edə bilərlər və bu polemika içində təbii olaraq sağlam fikir, möhkəm mövqe və ən əsası həqiqət yaranır”, - deyə Tsotne İvanişvili qeyd edib.

Tsotne İvanişvili “Gürcü Arzusu” gənclər təşkilatının idarə heyəti üzvlərinə sualla müraciət edib və onlardan gənclər konfranslarının gələcək formatını necə gördüklərini soruşub.

“Məncə, bu format göstərdi ki, gənclər arasında dialoq həqiqətən mümkündür. Mənə maraqlıdır, siz bu formatın daha uzunmüddətli şəkildə necə rəsmiləşdirilməsini görürsünüz? Çox sevinirəm ki, bütün Gürcüstanı gəzməyi planlaşdırırsınız, mən də şəxsən bu gün burada olmaqdan çox məmnunam. Bu çox gözəl təşəbbüsdür.

Bütün Gürcüstanı gəzdikdən sonra, səhv etmirəmsə, yekun tədbir Tbilisidə keçiriləcək. Sizcə, gənclərlə bu tip format davam etməlidirmi və əgər davam etməlidirsə, bunu necə görürsünüz? Daha daimi, uzunmüddətli bir formatı, gənclər arasında dialoqun rəsmiləşməsini, ölkədə süni şəkildə yaradılmış bu qütbləşmənin aradan qaldırılmasını necə təsəvvür edirsiniz?” - deyə o, qeyd edib.

ŞƏRH YAZ
10