Marneuli-Tbilisi yolunda qəza baş verib
25.05.2026 13:56
541
Siyasət
A
Marneuli-Tbilisi yolunda qəza baş verib

Marneuli-Tbilisi avtomagistralının Marabda hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, Marneuli-Tbilisi marşrutu ilə minik avtomobili toqquşub.

Əldə olunan məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü və bir neçə sərnişin yüngül xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Halların İdarəetmə Xidmətinin əməkdaşları cəlb olunub.

ŞƏRH YAZ
3