Kateqoriyalar
Fransanın PSJ futbol klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Aktual.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kvaratsxeliya turnirdə keçirdiyi 16 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
25 yaşlı futbolçu 2025-ci ildən PSJ-də çıxış edir. O, Paris klubu ilə iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının qalibi olub, həmçinin bir dəfə Fransa Kubokunu, Fransa Superkubokunu və Qitələrarası Kuboku qazanıb.