DTX Penitensiar İdarənin direktorunun sabiq müavinini həbs edib
09.10.2025 17:25
419
Siyasət
A
DTX Penitensiar İdarənin direktorunun sabiq müavinini həbs edib

Antikorrupsiya Agentliyinin əməkdaşları Xüsusi Penitensiar Xidmətin Penitensiar Departamentinin sabiq direktor müavini Giorgi Kemoklidzeni saxlayıblar.

Aktual.ge xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumat yayıb.

"G.K. əvvəlcədən Giorgi Baçiaşvili ilə razılaşaraq onun kamerasına xüsusi seçilmiş iki məhbusu daxil edib. Onlar əvvəlcədən hazırlanmış ssenariyə əsasən Giorgi Baçiaşvilinin döyülməsi səhnəsini canlandırmalı idilər, lakin həmin mərhələdə bunu həyata keçirə bilməyiblər.Bundan sonra, planı sona çatdırmaq məqsədilə, G.K. Giorgi Baçiaşvilinin kamerasına məhbus K.M.-ni daxil edib. K.M. kameraya daxil olan kimi, Giorgi Baçiaşvili əvvəlki təcrübəni nəzərə alaraq onunla heç bir əsas olmadan mübahisəyə başlayıb və nəticədə aralarında kiçik fiziki qarşıdurma baş verib.Hadisədən sonra, planlaşdırıldığı kimi, bu məsələ müxtəlif media vasitələri ilə elə təqdim olunub ki, guya Giorgi Baçiaşvili döyülüb. Bu isə, öz növbəsində, Giorgi Baçiaşvilinin maraqlarına xidmət edib və G.K. ilə birlikdə planlaşdırılmış səhnələşdirmənin ilkin məqsədini təşkil edib.

Nəticə etibarilə, məqsəd yayılan məlumatdan Giorgi Baçiaşvilinin xeyrinə istifadə etmək idi — həm daxili PR məqsədləri üçün, həm də iş üzrə zərərçəkən tərəfə qarşı, eləcə də eyni istiqamətdə Strasburq Məhkəməsində.Toplanmış məlumatlara əsasən, razılaşmanın əsasında, böyük ehtimalla, korrupsiya xarakterli sövdələşmə dayanırdı. Məhz bu səbəbdən işin araşdırılması Ədliyyə Nazirliyindən DTX-nın Antikorrupsiya Agentliyinə ötürülüb",- deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
9