20.11.2025 14:16
470
Siyasət
A
"Seçki Məcəlləsi"ndə Referendum və Plebisit tərifləri dəyişir

Yeni redaksiyadakı “Seçki Məcəlləsinə” görə, seçkilərin, eləcə də referendum və plebisit anlayışları dəyişir – hər üç halda qeyd olunur ki, onlar Gürcüstanın dövlət sərhədləri daxilində keçirilir.

Aktual.ge xəbər verir ki, mövcud seçki qanununda referendum barədə deyilir ki, bu, xüsusilə mühüm dövlət məsələlərinin yekun həlli məqsədilə ümumxalq sorğusudur və ümumi, bərabər, birbaşa iradə ifadəsi əsasında gizli səsvermə yolu ilə Gürcüstanın bütün ərazisində keçirilir.

“Gürcüstanın bütün ərazisində” ifadəsi dəyişdirilərək “Gürcüstanın dövlət sərhədləri daxilində” sözləri ilə əvəz olunur. Parlamentdə irəli sürülmüş layihəyə əsasən, referendum ümumi, bərabər və birbaşa iradə ifadəsi məqsədilə keçirilən ümumxalq sorğusudur və o, Gürcüstanın dövlət sərhədləri daxilində gizli səsvermə ilə, xüsusilə mühüm dövlət məsələlərinin yekun həlli üçün təşkil olunur.

Seçkilər və plebisitlə bağlı da “Gürcüstanın dövlət sərhədləri daxilində” keçirilməsi barədə qeyd əlavə olunur.

Yeni redaksiyadakı “Seçki Məcəlləsi” parlamentdə təşəbbüs kimi irəli sürülüb. Sənədi “Gürcü Arzusu” fraksiyasının deputatları təqdim ediblər.

ŞƏRH YAZ
9