ABŞ-da evləri qarət etməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb
Bugün
88
Siyasət
A
ABŞ-da evləri qarət etməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb

ABŞ-ın Konnektikut ştatında evləri qarət etməkdə şübhəli bilinən 40 yaşlı Levan Aleksidze və 47 yaşlı Mamuka Çaqanava saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Amerikanın "CT Insider" nəşri Feyrfild polisi tərəfindən verilən məlumata istinadən yazıb.

Məlumata görə, şübhəlilər sentyabrın 24-də saxlanılıblar. Onların Feyrfildin imkanlı sakinlərin yaşadığı məhəlləsində, ev sahiblərinin evdə olduğu vaxt evləri qarət ediblər.

Hər iki şəxsə qarşı birinci dərəcəli yaşayış evinin qarətini törətmək məqsədilə cinayətkar sövdələşmədə iştirak ittihamı irəli sürülüb. Aleksidze 75 min dollar girov müqabilində azadlığa buraxılıb, Çaqanava isə 100 min dollar girovla həbsdə saxlanılır.

Qarət edilən evlərin sayı və oğurlanan əşyaların dəyəri açıqlanmayıb. Hər iki şəxsin təqsiri məhkəmə tərəfindən hələ müəyyən edilməyib.

ŞƏRH YAZ
0