"Serbiyadakı demokratik prosesi bizdə devirmə ruhlu o insanlar bayram edirlər ki, onlar burada, ölkədə bizə qarşı səhnələşdirilən inqilabi ssenarilərdə altı dəfə iştirak ediblər. Nəyi bayram edirlər?! Bu, insanı gülümsəməyə məcbur edir".
Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun Parlament çoxluğunun iclasından sonra keçirilən mətbuat konfransında çoxluğun lideri İrakli Kirtsxalia deyib.
O müxalifətin Serbiya seçkiləri ilə bağlı bəyanatlarına münasibət bildirib:
"Ölkə xaricindəki digər seçkiləri də xatırlayaq. Ümidsizliyin bir üzü olsaydı, ölkədən kənardakı istənilən hadisəyə [reaksiya olaraq] qaldırılan hər bir küy-küy elə ümidsizliyin üzü olardı. Nəyi bayram edirlər?! Serbiyada demokratik proses baş tutdu, bir qüvvə məğlub oldu, digəri qələbə qazandı. Bunu bizdə devirmə ruhlu o insanlar bayram edir ki, onlar burada, ölkədə bizə qarşı səhnələşdirilən inqilabi ssenarilərdə altı dəfə iştirak ediblər. Nəyi bayram edirlər?! Bu, insanı gülümsəməyə məcbur edir" , - deyə İrakli Kirtsxalia söyləyib.