Parlamentin sədri: Gürcüstan müxalifəti milli maraqlardan məhrumdur
26.10.2026 15:55
89
Siyasət
A
Parlamentin sədri: Gürcüstan müxalifəti milli maraqlardan məhrumdur

Parlamentın sədri Şalva Papuaşvili Serbiyada keçirilən parlament seçkilərində hakim qüvvənin məğlub olması ilə Gürcüstanda cərəyan edən siyasi proseslər arasında paralellər aparmaq cəhdinə münasibət bildirib.

Aktual.ge xəbər verir ki, o, Gürcüstan müxalifətinin Serbiya və Macarıstandakı müxalifət hərəkatları ilə heç bir ortaq cəhəti olmadığını və onun Gürcüstanda uğur qazanmaq şansı yoxdur deyib.

Spikerin sözlərinə görə, Serbiya müxalifətindən fərqli olaraq, Gürcüstanda fəaliyyət göstərən müxalifət qüvvələri milli maraqları və dəyərləri nəzərə almırlar.

“Radikal müxalifətə gəlincə, onlar Nepalda baş verən hadisələri niyə bayram edirdilər? Macarıstanla bağlı hadisələri niyə bayram edirdilər, indi də niyə bayram edirlər? Onlar nə nepallıdırlar, nə macar, nə də serb! Gürcü də deyillər - bizim gördüyümüz anti-Gürcüstan qurumudur! Milli maraqlar onlar üçün o qədər on yeddinci dərəcəli məsələdir ki, bunu süni şəkildə belə nümayiş etdirə bilmirlər.

Serbiyada müxalifət qrupları aksiyalara dini ikonalarla çıxırdılar. Avropa İttifaqına üzvlüklə bağlı onların platforması referendum keçirilməsini nəzərdə tutur. Kosovo müstəqilliyinin heç vaxt tanınmayacağını və Kosovonun Serbiyanın bir hissəsi olduğunu bildirirlər. Biz isə burada bu psevdodini sektanın Gürcüstan kilsəsinə hücum etdiyini görürük. Onlar deyirlər ki, Brüsselin qarşısında bir ayaq üstə dayanmalı və bizə deyilən hər şeyi yerinə yetirməliyik. Bu psevdodini sekta Abxaziya və Tsxinvalinin aradan qaldırmalı olduğumuz bir travma olduğunu deyir.

Beləliklə, bu psevdodini sektanın nəinki Gürcüstanda qələbə qazanmaq üçün hər hansı şansı var, onlar Serbiyada olsaydılar, orada da məğlub olardılar. Çünki milli maraqları dərk etmirlər, milli kimliyi və milli dəyərləri anlamırlar. Buna görə də boş yerə paralellər aparmağa çalışırlar.

Serbiya olsun, Macarıstan olsun, bütün bunları Gürcüstanda da sınayıblar. Jurnalistlər vasitəsilə inqilab etməyə çalışdılar - qarşısı alındı! QHT-lər vasitəsilə inqilab etməyə çalışdılar - alınmadı! Partiyalar vasitəsilə inqilab etməyə çalışdılar - alınmadı! Sonda az qala xarici ölkələrin siyasətçiləri və səfirləri vasitəsilə inqilab etməyə cəhd göstərdilər. 2024-cü ildə bu da baş tutmadı.

Deməli, bütün bunlardan keçmişik. Məsələ metodlarda deyil, məzmundadır, radikal müxalifət milli məzmundan məhrumdur. Milli dəyərlər onlar üçün o qədər yaddır ki, hətta süni şəkildə belə, xristian dəyərlərinin Gürcüstanın əsas təməli olduğunu deyə bilmirlər" , - deyə Şalva Papuaşvili qeyd edib.

ŞƏRH YAZ
4