Dünyanın gözü bu derbidədir: Əzəli rəqiblər üz-üzə gəlir
Bugün
213
İdman
A
Dünyanın gözü bu derbidədir: Əzəli rəqiblər üz-üzə gəlir

Bu gün Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisi baş tutacaq.

Aktual.ge xəbər verir ki, dünyanın maraqla gözlədiyi "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək.

Qarşılaşma Tbilisi vaxtı ilə 22:30-da start götürəcək.

Oyunu FIFA referisi Atilla Karaoğlan idarə edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" matç azlığı ilə 19 xalla ikinci, "Fənərbağça" isə 16 xalla üçüncüdür.

“Fənərbaxça”–“Qalatasaray” derbisi (yəni Fenerbahçe–Galatasaray rəqabəti) dünyanın ən böyük derbilərindən biri hesab olunur. “FourFourTwo” jurnalının 2025-ci il üçün tərtib etdiyi “Dünyanın ən böyük 33 derbisi” siyahısında bu derbi dünya üzrə 4-cü yerdə göstərilib. Siyahının birinci pilləsində Argentinanın “Boca Juniors”–“River Plate”, ikinci pilləsində İspaniyanın “El Clásico” adı ilə tanınan “Barcelona”–“Real Madrid”, üçüncü pilləsində isə Şotlandiyanın “Celtic”–“Rangers” derbisi qərarlaşıb.

ŞƏRH YAZ
0