Bugün
84
İdman
A
"Qalatasaray" - "Fənərbağça" derbisində üç qol vuruldu

Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" - "Fənərbağça" derbisi baş tutub.

Aktual.ge xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçda hesabı 29-cu dəqiqədə Viktor Osimhen açıb. Nigeriyalı hücumçu 44-cü dəqiqədə dubla imza ataraq, "Qalatasaray"ın üstünlüyünü iki topa çıxarıb.

İrfan Kahveci 62-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu nəticə ilə xal ehtiyatını 22-yə çatdıran "Qalatasaray" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 16 xalda qalan "Fənərbağça" 5-ci yeri tutur.

ŞƏRH YAZ
0