Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən açıqlama
Bugün
265
Siyasət
A
Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən açıqlama

Marneulidə bir nəfər bıçaqlanıb.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

"Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurulmasını nəzərdə tutur" , - bildirilib.

Qeyd edək ki, Marneulidə bu gün günorta saatlarında gənc oğlan bıçaqlanıb. Hadisə Marneulinin Rustaveli küçəsində yerləşən ət mağazasında qeyd alınıb.

Yaralı gənc hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisənin tam təfərrüatları bu mərhələdə məlum deyil.

ŞƏRH YAZ
0