Marneulidə məktəbdə skandal görüntü: Müəllim şagirdləri diz üstə çökdürdü -  FOTO
02.10.2022 16:59
3055
Kriminal
A
Marneulidə məktəbdə skandal görüntü: Müəllim şagirdləri diz üstə çökdürdü - FOTO

Marneuli Bələdiyyəsinin kəndlərindən birində müəllim 4-cü sinif şagirdlərini amansızca cəzalandırıb.

Bu barədə Aktual.ge xəbər portalına etibarlı mənbədən foto görüntü daxil olub.

Əldə edilən məlumata əsasən, 4-cü sinif şagirdlərini gürcü dili müəllimi Rəhman Musayev şagirdləri dərslərini yaxşı oxumadıqlarına görə sərt şəkildə cəzalandırıb. Belə ki, fotodan da göründüyü qədəri ilə müəllim 12-i nəfər şagirdi lövhənin qarşısında əllərində dəftərlə diz çökdürüb dərs keçib.

Rəhman Musayev uşaqları amansız cəzalandırması ilə yanaşı daha bir qanuna sığmayan addım atıb. O, şagirdləri diz üstə çökdürməsinin fotosunu çəkərək yaxınları ilə bölüşüb. Məsələ ilə bağlı Rəhman Musayev ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verməyib. 

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbər səlahiyyətlərinin icraçısı Xanəli Qəhramanov isə sözügedən məsələnin doğru olduğunu deyib və məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, Rəhman Musayev həm də hakim "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

ŞƏRH YAZ
21