
Kateqoriyalar
Bu gün, 1 dekabr tarixində Gürcüstan Müsəlmanları İdarəsinin şeyx seçkisi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası baş tutub.
Aktual.ge xəbər verir ki, Ali Dini Şuranın səs çoxluğu ilə Gürcüstan Alulbeyt Mərkəzinin rəhbəri Hacı Faiq Nəbiyev 5 il müddətliyinə şeyx seçilib.
Şeyx seçkilərində üç namizəd - Hacı Faiq Nəbiyev, Hacı Qurban Murquzov və Vidadi Qurbanov iştirak edib.
Qeyd edək ki, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq seçkidə iştirak etməyiblər.