Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi
07.12.2023 13:21
1069
Dünya
A
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Aktual.ge xəbər verir ki, bu barədə President.az məlumat yayıb. 

Sərəncamda deyilir:

“1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

ŞƏRH YAZ
2