Tbilisidə restoran 5 000 lari cərimələnib
28.10.2026 17:36
310
Siyasət
A
Tbilisidə restoran 5 000 lari cərimələnib

Tbilisidə fəaliyyət göstərən “Archay Restaurant” restoranında qida təhlükəsizliyi ilə bağlı təkrar kritik uyğunsuzluqlar aşkarlanıb. Nəticədə müəssisə 5 000 lari cərimələnib və istehsal prosesi dayandırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Bundan əlavə, Bağdati bələdiyyəsində qeydiyyatsız və müvafiq icazə olmadan pendir istehsalı faktı aşkarlanıb. Həmin sahibkara da cərimə tətbiq edilib, fəaliyyəti və istehsal prosesi dayandırılıb.

ŞƏRH YAZ
0