Gürcüstan vətəndaşı 14 yaşına çatdıqdan sonra 6 ay ərzində elektron şəxsiyyət vəsiqəsi almalıdır. Qanuni nümayəndə arzu edərsə, hətta 14 yaşına çatmamış şəxs üçün Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsi alması mümkündür.
Aktual.ge xəbər verir ki, bu barədə məlumat Ədliyyə Evinin səhifəsində dərc olunub.
Qeyd edək ki, elektron şəxsiyyət vəsiqəsinin müvafiq qrafasında sahibi 9 yaşından başlayaraq praktikada istifadə edəcəyi formada şəxsi imzasını qoymalıdır.
Elektron şəxsiyyət vəsiqəsini əldə etmək üçün maraqlanan şəxs aşağıdakı ünvana müraciət etməlidir:
Şəxsiyyət vəsiqəsini təqdim etməklə yanaşı ünvanı qeydiyyata almaq və ya qeydiyyatı dəyişdirmək istəyirsinizsə, yaşayış yeri üzrə müvafiq Ədliyyə Evinə və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin müvafiq ərazi idarəsinə müraciət etməlisiniz.
Elektron şəxsiyyət vəsiqəsi haqqı: