Marneulidə yaşlı kişi itkin düşüb - FOTO
19.01.2026 11:52
1710
Hadisə
A
Marneulidə yaşlı kişi itkin düşüb - FOTO

Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakini, 1943-cü il təvəllüdlü Fəhrəd Namazov itkin düşüb.

Ailənin Aktual.ge xəbər portalına verdiyi məlumata görə, yaşlı kişi dünən – 18 yanvar tarixində günün birinci yarısında ova çıxıb və həmin vaxtdan etibarən ondan xəbər alınmır.

Namazovlar ailəsi hadisə ilə bağlı polisə məlumat verib. Mövcud məlumata əsasən, polis gecə saatlarınadək axtarış aparsa da, Fəhrəd Namazov hələlik tapılmayıb. Hazırda axtarış işlərinə ailə üzvləri də cəlb olunub.

ŞƏRH YAZ
9