Məhərrəm ayı başlayıb
07.07.2024 11:57
1063
Din
A
Məhərrəm ayı başlayıb

Gürcüstanda Məhərrəm ayı başlayıb.

Aktual.ge xatırladır ki, Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-ə, Tasua günü 15 iyula, Aşura günü isə iyul ayının 16-a təsadüf edir. Səfər ayı avqustun 7-də başlayacaq.

Hicri təqviminin ilk ayında (Məhərrəm ayı) Gürcüstanda müsəlmanların yaşadığı bir sıra bölgələrdə toy və şənlik mərasimləri təxirə salınır. 

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s) nəvəsi Hz.İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada Məhərrəm ayının 10-u şəhid ediliblər. 

Məlumat üçün bildirək ki, Gürcüstanda müsəlmanların kompakt yaşadığı rayonların əksəriyyətində Məhərrəm ayı ilə əlaqədar matəm məclisləri uzun illərdir təşkil olunur. Son 10 ildə isə əsasən Marneuli Bələdiyyəsi olmaqla müsəlmanların yaşadığı digər Bələdiyyələr, qəsəbələr və kəntlərdə 10 gün boyunca yollarda İmam Hüseyn (ə) ehsanı paylanılır.

ŞƏRH YAZ
3