İvanişvili hakimiyyətdə qalsa, iqtisadiyyat çökəcək - Buadze
16.10.2024 17:38
1302
Siyasət
A
İvanişvili hakimiyyətdə qalsa, iqtisadiyyat çökəcək - Buadze

2024-cü il parlament seçkilərindən sonra “Gürcü arzusu” hakimiyyətdə qalsa, iqtisadiyyat çökəcək.

Aktual.ge xəbər verir ki, bu sözləri “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Saba Buadze deyib.

Müxalif siyasətçi Milli Bankın  65 milyon dollar satmasına reaksiya verib.

"Milli Bank çıxarılan 70 milyonun yalnız 65 milyonunu satıb. Ümumilikdə Rus qanununun qəbulundan sonra larinin devalvasiyasının qarşısını almaq üçün 300 milyon satışa çıxarılıb ki, bu da o deməkdir ki, İvanişvili hakimiyyətdə qalsa, lari daha da ucuzlaşacaq, qiymətlər hətta bahalaşacaq. Sanksiya tətbiq olunarsa və Rusiyaya xidmət edən hakimiyyətlər bu ölkənin idarəçiliyinin cilovunda qalacaqlarsa, iqtisadiyyat dağılma və çökmə astanasına gələcək”, - Buadze deyir.

ŞƏRH YAZ
10