Mərkəzdən bələdiyyələrə 74 milyon lari ayrıldı | Siyahıda Marneuli yoxdur
26.11.2026 00:16
582
Siyasət
A
Mərkəzdən bələdiyyələrə 74 milyon lari ayrıldı | Siyahıda Marneuli yoxdur

Gürcüstan hökumətinin tapşırığına əsasən, Maliyyə Nazirliyi 26 bələdiyyəyə vəsait ayıracaq. 

Aktual.ge xəbər verir ki, bu barədə hökumətin noyabrın 16-da tarixlənmiş sərəncamında bildirilir.

Sənədə əsasən, bələdiyyə büdcələrinin gəlirləri nəzərə alınmaqla və onların maliyyə dəstəyi ilə təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinə cari ildə 26 bələdiyyə üçün ümumilikdə 74 milyon 520 min lari vəsait ayrılması tapşırılıb.

Sərəncama görə, ayrılan vəsaitin ən böyük hissəsi Rustavi şəhər bələdiyyəsinə (12 milyon lari), Çiatura bələdiyyəsinə (10 milyon lari) və Zuqdidi bələdiyyəsinə (7 milyon 720 min lari) yönəldiləcək.

Daha konkret desək, hər bir bələdiyyəyə ayrılması nəzərdə tutulan vəsaitin (göstərilən məbləğdən çox olmamaq şərtilə) tam siyahısı belədir:

  • Rustavi şəhər bələdiyyəsi – 12 000 000 lari;

  • Çiatura bələdiyyəsi – 10 000 000 lari;

  • Zuqdidi bələdiyyəsi – 7 720 000 lari;

  • Tkibuli bələdiyyəsi – 4 000 000 lari;

  • Çxorotsku bələdiyyəsi – 3 600 000 lari;

  • Xoni bələdiyyəsi – 3 500 000 lari;

  • Bağdati bələdiyyəsi – 3 450 000 lari;

  • Vani bələdiyyəsi – 3 450 000 lari;

  • Çoxatauri bələdiyyəsi – 3 450 000 lari;

  • Abaşe bələdiyyəsi – 3 300 000 lari;

  • Tercola bələdiyyəsi – 3 100 000 lari;

  • Lentexi bələdiyyəsi – 2 950 000 lari;

  • Tsageri bələdiyyəsi – 2 200 000 lari;

  • Ambrolauri bələdiyyəsi – 2 050 000 lari;

  • Martvili bələdiyyəsi – 1 900 000 lari;

  • Lanççxuti bələdiyyəsi – 1 900 000 lari;

  • Tsalenjixa bələdiyyəsi – 1 800 000 lari;

  • Tianeti bələdiyyəsi – 850 000 lari;

  • Mestia bələdiyyəsi – 700 000 lari;

  • Laqodexi bələdiyyəsi – 600 000 lari;

  • Senaki bələdiyyəsi – 550 000 lari;

  • Oni bələdiyyəsi – 550 000 lari;

  • Samtredia bələdiyyəsi – 300 000 lari;

  • Axmeta bələdiyyəsi – 200 000 lari;

  • Qurcaani bələdiyyəsi – 200 000 lari;

  • Kvareli bələdiyyəsi – 200 000 lari.

Həmin sənədlə Maliyyə Nazirliyinə 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan “Bələdiyyələrə köçürüləcək transferlər” istiqaməti üzrə vəsaitin 8 milyon 800 min lari artırılması da tapşırılıb. Bu artım “Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondu” üçün nəzərdə tutulan vəsaitin azaldılması hesabına təmin ediləcək.

ŞƏRH YAZ
7