Tsalka və Qardabanidə 368 baş xırdabuynuzlu mal-qara mənimsəyən çoban saxlanılıb - VİDEO
26.11.2026 11:00
434
Kriminal
A
Tsalka və Qardabanidə 368 baş xırdabuynuzlu mal-qara mənimsəyən çoban saxlanılıb - VİDEO

Kvemo Kartli Polis Departamentinin Tsalka Rayon İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə və özgənin əmlakını qanunsuz mənimsəməkdə təqsirləndirilən bir nəfəri Rustavidə saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxs Tsalka və Qardabani bələdiyyələrində yaşayan iki vətəndaşa məxsus 368 baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq mənimsəyib. Vətəndaşlara dəymiş ümumi ziyan 181 min 400 lari təşkil edib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs çoban işləyib və 2023–2025-ci illərdə iki vətəndaşa məxsus 368 baş xırdabuynuzlu mal-qaranı mənimsəyib.

Bundan əlavə, o, başqa bir vətəndaşa məxsus 29 baş iribuynuzlu mal-qaranı pulunu ödəyəcəyinə söz verərək aparıb, lakin vəd etdiyi məbləği ödəməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) və 182-ci (mənimsəmə) maddələri ilə istintaq aparılır. Həmin maddələr 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

 

ŞƏRH YAZ
0