Ərdoğan
Bugün
108
Dünya
A
Ərdoğan "Beşiktaş"ın prezidentinə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalıya zəng edib.

Aktual.ge xəbər verir ki, Türkiyə Prezidenti "Batumi Arena"da təşkil olunan matçda baş verənlərlə bağlı məlumat alıb.

Ərdoğan prosesin gedişatını yaxından izlədiyini bildirib.

Məlumat üçün bildirək ki, Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda polislə "Beşiktaş" azarkeşləri arasında qarşıdurma yaşanıb və bundan sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.

İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.

Qarşılaşma qaldığı yerdən - 25-ci dəqiqədən davam edib.

ŞƏRH YAZ
0