Gürcüstanın müsəlman dini rəhbərləri Tehranda beynəlxalq konfransda iştirak ediblər - FOTO
05.09.2022 14:36
588
Siyasət
A
Gürcüstanın müsəlman dini rəhbərləri Tehranda beynəlxalq konfransda iştirak ediblər - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Əhlibeyt Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov və Əhli-beyt hikməti təşkilatının sədri Hacı Namiq Hüseynov İranın paytaxtı Tehranda 7-si keçirilən Ümudünya Əhli-Beyt (ə) Assambleyasında iştirak ediblər.

Aktual.ge xəbər verir ki, Tehrandakı “Əhli-beyt (ə) ağıl, ədalət və ləyaqət mərkəzində” keçirilən mərasimdə İranın Prezidenti İbrahim Rəisi və Assambleyanın Baş katibi Ayətullah Ramazani və digər rəsmilər iştirak edib.

Gürcüstanda daxil olmaqla dünyanın 118 ölkədən qatılan din rəhbərləri, alim və rühanilər 1-4 sentyabr tarixinə qədər davam edən iclasda müxtəlif çıxışlar ediblər. Assambleyada panel formatında ümumi iclas və bir neçə komissiyalar çərçivəsində də İslam dünyasının problemləri müzakirə edilib və həll yolları haqda fikir mübadiləsi aparılıb.

Gürcüstanlı müsəlman din xadimləri eləcə də İranın Ali dini lideri Ayətullah Xamenei və bu ölkənin Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın spikerlik etdyi mərasimlərə qatılıblar.

ŞƏRH YAZ
8