Öldürülən 14 yaşlı qızın anası:
07.10.2023 17:57
2427
Siyasət
A
Öldürülən 14 yaşlı qızın anası: "Qatilə ömürlük həbs cəzası verilsin"

Kaxetinin Saqareco bələdiyyəsinin Ləmbəli kəndində öldürülən 14 yaşlı qızın anası qatilə ömürlük həbs cəzası verilməsini tələb edir.

"Qızımı qaçırdılar. Ailənin razılığı ilə olmadı. Mən ora getmək istədim, amma oğlan mənə dedi ki, bura gəlsən, səni öldürəcəm. Qızım onu tərk etmək istəyirdi, məhz elə buna görə öldürdü.

Qızım mal-qaranı gətirmək üçün tarlaya gedib, oğlanda orda gizlənibmiş. Qızım qaçmağa çalışsa da, onu tutub təpiklə vurub, daha sonra isə ağaca bağlayıb, döyüb. Fiziki şiddət göstərdikdən sonra evə aparıb, qızım ona deyibki: “Mənim 14 yaşım var, səni sevmirəm, məni rahat burax, əks halda 112-yə zəng edəcəm”. Bu sözlərə görə  silahı çıxararaq onu öldürüb. Qatilin ömürlük həbs cəzasına məhkum edilməsini tələb edirəm”, - öldürülən qızın anası deyir.

Qeyd edək ki, dünən Kaxetinin Saqareco bələdiyyəsinin Ləmbəli kəndində erkən nikahın qurbanı olan 14 yaşlı qız “əri” tərəfindən odlu silahla qətlə yetirilib.

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin 11-ci və 109-cu maddəsi ilə istintaqa başlayıb.

Cinayətkar indiyədək həbs edilməyib.

ŞƏRH YAZ
4