Kateqoriyalar
Yanvarın 7-də Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Marneuli şəhərinin İmam Cüməsi və Baş axundu Hacı Əziz Nəbiyevlə birlikdə Marneuli Bələdiyyəsinin Axlılələ kəndində olublar.
Aktual.ge xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsi məlumat yayıb.
Məscid əhli və kənd ağsaqqalları ilə görüşdən sonra Şeyx, inşası davam edən Axlılələ kənd məscidinin tikintisi və son tamamlama işləri ilə yaxından tanış olub, özünün gələcək planları haqqında ətraflı məlumat verib.
