BGMİ müftiləri və şeyxi Bəhreyndə səfərdədirlər
20.02.2025 22:26
413
Siyasət
A
BGMİ müftiləri və şeyxi Bəhreyndə səfərdədirlər

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19 və 20-də Manama şəhərində "Bir ümmət, bir tale" şüarı altında keçiriləcək İslam Dialoqu Konfransında iştirak etmək üçün bu ölkəyə yola düşüblər.
 

Aktual.ge xəbər verir ki, Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin İslam (İslamdaxili) dialoqu təşəbbüsü əsasında Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə baş tutan konfransa dünyanın tanınmış üləmaları, mərceyi-təqlidləri, mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri dəvət olunublar.

Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə təmin qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda BGMİ müftilərin və şeyxin də çıxışları nəzərdə tutulub.

ŞƏRH YAZ
10