Marneulidə avtomobil piyadanı vurub: Saxlanılan var - VİDEO
05.06.2025 00:32
1730
Hadisə
A
Marneulidə avtomobil piyadanı vurub: Saxlanılan var - VİDEO

Marneuli şəhərinin Tabidze küçəsində ("Pajarni" adlanan küçə) sürətlə hərəkət edən avtomobil "Mercedes" markalı minik avtomobil 65 yaşlı piyada kişini vurub.

Aktual.ge hadisə yerindən xəbər verir ki, hadisə təxminən saat 22:30 radələrində baş verib.

Yaralı klinikaya yerləşdirilib. Əldə edilən məlumata görə, yaşlı kişinin vəziyyəti orta-ağırdır.

Sürücü hadisə yerindəcə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
5