Şeyxə
06.07.2025 00:24
628
Din
A
Şeyxə "Tasua" yürüşündə etiraz olub - VİDEO

Bu il də Marneuli şəhərində Məhərrəm ayının doqquzuncu gününə təsadüf edən “Tasua” yürüşündə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev etirazla qarşılanıb.

Gürcüstan Əhlibeyt Cəmiyyətinin qarşısından başlayan izdihamlı yürüşün rəsmi protokoluna bu il də — ötən ildə olduğu kimi — şeyxin iştirakı daxil edilməyib. Yürüşün başlanğıcında iştirak etməyən Faiq Nəbiyev, yürüşün ortasında karvana qoşulub. Lakin bir qrup gənc dini fəal onun yürüşdə ön sıralara keçməsinə imkan verməyib. Zəncirvari şəkildə birləşən gənclər onun önə keçməsinin qarşısını alıblar.

Etirazlar fonunda yürüş hərəkatının yekunlaşmasına təxminən 1 kilometrə qala şeyx və tərəfdarları Nərimanov küçəsində istiqamətlərini dəyişərək, Səməd Vurğun küçəsinə doğru irəliləyib. Yürüş zamanı şeyxin əleyhinə etiraz pankartları da nümayiş etdirilib. Siyasi fəal Əhməd İmamquliyevin daşıdığı plakat isə xüsusi diqqət çəkib.

Faiq Nəbiyevin “Tasua” yürüşündə iştirak etməsinə münasibət bildirən Marneuli Mərkəzi İmam Əli (ə.s) Məscidinin aparıcı simalarından biri, həmçinin İmam Əli Xeyriyyə Fondunun rəhbəri Hacı Amil Xəlilov bildirib ki, onlar nə Gürcüstan Müsəlmanları İdarəsini nə də şeyxi qəbul etmirlər.

Xatırladaq ki, oxşar hadisə ötən ilki "Tasua" yürüşündə də baş vermişdi. Üstəlik Marneuli mərkəzi məscidinin önündə "Şeyxə yox, məscidləri qaytarın" şüarları səsləndirilmişdi.

Daha ətraflı Natela Əlləzovanın hazırladığı video süjetini təqdim edirik:

ŞƏRH YAZ
2