Kateqoriyalar
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) müftiləri, şeyxi və İdarənin əməkdaşları Muxatqverdi şəhidlər xiyabanını ziyarət ediblər.
Aktual.ge məlumat verir ki, rühanilər və BGMİ əməkdaşları 2008-ci ilin avqust döyüşlərində həlak olan qəhrəman əsgərlərin memorialı qarşısına gül qoyub və onların xatirəsini ehtiramla yad ediblər.
"Müharibədə həlak olanların ailələrinə bir daha başsağlığı verir və səbir diləyirik.
Uca Allahdan vətənimiz Gürcüstana əmin-amanlıq, birlik və güc diləyirik. Amin!" , - məlumatda deyilir.