Bakı və Tbilisi arasında qaz sazişi daha 20 il uzadıldı
19.05.2026 08:52
243
İqtisadiyyat
A
Bakı və Tbilisi arasında qaz sazişi daha 20 il uzadıldı

Tbilisi və Bakı Azərbaycandan qaz alqı-satqısı ilə bağlı imzalanmış müqavilənin müddətinin daha 20 il uzadılması barədə razılığa gəliblər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidməti yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.

"İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası və bu kontekstdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu vurğulanıb. Gürcüstan tərəfi yaxın gələcəkdə komissiyanın növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. İki ölkənin liderləri qlobal və regional geosiyasi çağırışlar barədə danışıb, regionun davamlı və sabit inkişafı üçün sülhün əhəmiyyətini bir daha vurğulayıblar. Görüş zamanı, həmçinin Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələrə və onların connectivitynin (əlaqələndirilmənin) gücləndirilməsindəki roluna toxunulub" , - məlumatda qeyd olunub.

Bununla yanaşı, Hökumət Administrasiyası izah edir ki, görüşdən sonra iki ölkə arasında energetika və nəqliyyat sektorunda sazişlər paketi imzalanıb.

"Sazişlər paketinə daxildir: Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin tədarükü və tranzit hərəkətinin əsas şərtlərinə dair 20 illik hökumətlərarası saziş; Azərbaycandandan qazın alqı-satqısına dair 2003-cü ildə imzalanmış müqavilənin müddətinin 20 il uzadılması, hansı ki, sosial qaz təchizatının təhlükəsizliyinə zəmanət verir.

Sənədləri Gürcüstan tərəfindən iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov imzalayıblar.

Həmçinin ikitərəfli Əlaqələndirmə Şurasının protokolu imzalanıb ki, buna əsasən Bakı-Tbilisi-Qars yeni dəmir yolu sahəsi tam istismara veriləcək. Sənədi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, 6 illik fasilədən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin qatarlarının hərəkəti mayın 26-dan bərpa olunacaq.

Sənədlərin imzalanması mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak ediblər" , - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
6