Gürcüstanda məktəb və bağça tikintisi ilə bağlı yeni qanun təşəbbüsü
Bugün
93
Siyasət
A
Gürcüstanda məktəb və bağça tikintisi ilə bağlı yeni qanun təşəbbüsü

Gürcüstanda bələdiyyələrə məktəb və uşaq bağçalarının tikintisi üçün əvvəllər məhdudiyyətlər qoyulan torpaq sahələrində də icazə vermək səlahiyyəti tanına bilər.

Aktual.ge-nin məlumatına görə, müvafiq qanun layihəsi parlamentə təqdim olunub və onun sürətləndirilmiş qaydada müzakirəsi tələb edilir.

Dəyişikliklərə əsasən, bələdiyyələr məktəb və bağça tikintisini asanlaşdırmaq üçün tikinti sıxlığı, hündürlük, yaşıllıq norması və digər şəhərsalma tələblərindən istisnalar tətbiq edə biləcəklər. Bununla belə, qərarların ictimai maraqlara və təhlükəsizlik standartlarına zidd olmaması xüsusi olaraq vurğulanır.

Qanun layihəsində qeyd olunur ki, mövcud məhdudiyyətlər səbəbindən prioritet siyahıya daxil edilmiş 389 məktəbin 72 faizində və 105 bağçanın 46 faizində tikinti icazəsi almaq mümkün olmur. Yeni dəyişikliklərin layihələrin həyata keçirilməsini sürətləndirəcəyi gözlənilir.

ŞƏRH YAZ
3