Tbilisidə Cümə Məscidində Qurban bayramı namazı əda edilib - FOTO
Bugün
274
Din
A
Tbilisidə Cümə Məscidində Qurban bayramı namazı əda edilib - FOTO

Paytaxt Tbilisidə yerləşən Cümə Məscidində Qurban bayramı namazı qılınıb.

Aktual.ge xəbər verir ki, bayram namazı səhər saatlarında əda olunub.

Bayram namazında paytaxtda yaşayan yerli müsəlmanlarla yanaşı, əcnəbilər və tələbələr də iştirak ediblər.

Namazdan əvvəl xütbə ilə çıxış edən BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Qurban bayramının əhəmiyyətindən danışıb, ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibətilə təbrik edib.

Yüzlərlə müsəlmanın qatıldığı bayram namazında məsciddə yer olmadığından ibadət edənlərin bir qismi ətraf küçələrdə səcdəyə dayanıb.

ŞƏRH YAZ
0