Qoridə polis zorakılığı iddiası ilə bağlı istintaq başladı
Bugün
68
Siyasət
A
Qoridə polis zorakılığı iddiası ilə bağlı istintaq başladı

Gürcüstan Prokurorluğu Qoridə baş verən hadisə ilə bağlı polis əməkdaşlarının zor tətbiq etməklə səlahiyyət həddini aşması maddəsi üzrə istintaqa başlayıb.

Aktual.ge xəbər verir ki, Prokurorluğun bəyanatında istintaqın Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi ilə aparıldığı bildirilib.

Qurumun açıqlamasına əsasən, hazırda faktla bağlı təxirəsalınmaz istintaq və prosessual hərəkətlər həyata keçirilir.

Bu gün Kartlis Ambebi Qorinin Kombinat qəsəbəsindən videogörüntülər yayıb. Kadrlarda polis əməkdaşlarının saxlanılan şəxslərə qarşı zorakılıq tətbiq etdiyi əks olunub.

ŞƏRH YAZ
0