Kateqoriyalar
Qori şəhərində, “Kombinat” adlanan yaşayış massivində polis, ehtimal ki, 2 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, hadisəni əks etdirən görüntüləri sosial şəbəkədə "Kartlis Ambebi" platforması yayıb.
Bununla yanaşı, kadrlarda hüquq-mühafizə orqanı əməkdaşlarından ibarət qrupun saxlanılan şəxslərə fiziki zorakılıq göstərdiyi görünür.
Mətbuatda yayılan məlumata görə, “Kombinat” yaşayış massivində Şida Kartli Polis Departamentinin rəisi Serqi Bzişvili də olub. Həmçinin məlumat yayılıb ki, saxlanılan şəxslərdən birinin üzərində soyuq silah olub.
Digər təfərrüatlarla bağlı hazırda məlumat verilmir. O cümlədən, iki nəfərin hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsi gözlənilir.