"Marneuli bələdiyyəsinin təyin olunmuş meri bu gün Qurban bayramı münasibətilə xalqımızı və az təminatlı ailələri bazar ətrafında yol kənarından uzaqlaşdıraraq Qurban bayramı münasibətilə təbrik edib".
Aktual.ge xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında siyasi fəal Əhməd İmamquliyev yazıb.
"Şəkildə gördüyünüz göy-göyərti satan nənələri qovmaq üçün meriyanın nəzarət şöbəsi yetməyib, hətta bu gün 'Gürcü Arzusu' hakimiyyəti tərəfindən çox sayda polis də cəlb olunub.
Ayıb olsun təyin olunmuş mer Dauri İsmailova və Zaur Dargaliyə.
Bu insanlara bu qədər zülm etməyin, xalqın ahı tutacaq sizi.
Əgər istəmirsinizsə xalq küçədə kənd təsərrüfatı məhsullarını satsın, bələdiyyənin torpağını hər gələnə satmayın, bir yarmarka açın, insanlar da gəlib öz məhsullarını orada sata bilsinlər.
Mən isə öz növbəmdə bütün müsəlmanların Qurban bayramını təbrik edirəm" , - deyə o, qeyd edib.