Daxili İşlər Nazirliyi (DİN) Xaşuridə baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb.
Aktual.ge xəbər verir ki, polis iki nəfərə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adamöldürmə faktını isti izlərlə açıb.
"İstintaqla müəyyən edilib ki, əvvəllər mövcud olan mübahisə zəminində başlayan münaqişə zamanı Xaşuri şəhərində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb" , - məlumatda deyilir.
DİN-in açıqlamasına əsasən, polis cinayətin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüb.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları iki nəfərə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adamöldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş bir şəxsi saxlayıblar.
Aldıqları xəsarətlər nəticəsində hər iki kişi hadisə yerində həyatını itirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis cinayətin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - Qurumdan bildirilib.