16 yaşlı yeniyetmə ilə bağlı qalmaqallı iş | Saxlanılan polis girovla azad edilib
Bugün
466
Kriminal
A
16 yaşlı yeniyetmə ilə bağlı qalmaqallı iş | Saxlanılan polis girovla azad edilib

16 yaşlı azyaşlıya qarşı törədilən zorakılıq işi ilə bağlı saxlanılan polis əməkdaşı Luka Xurtsilava girov müqabilində həbsdən azad edilib.

Aktual.ge xəbər verir ki, bu faktı ağır cinayətə görə saxlanılmış keçmiş hüquq-mühafizə orqanı əməkdaşının atası "Tv Pirveli" telekanalına təsdiqləyib.

Telekanalın məlumatına görə, jurnalistlər tərəfindən Luka Xurtsilava öz yaşayış evinin həyətində, qonşularla birlikdə olduğu zaman görüntülənib.

"Hadisə 2026-cı ilin fevralında baş verib. O vaxt azyaşlı kriminal polis əməkdaşları tərəfindən 'yoxlama məqsədilə' saxlanılıb. Məktəbli uşağın ailəsi bildirirdi ki, 16 yaşlı oğlanı narkotik yerləşdirmədə iştirak etdiyini etiraf etməyə məcbur ediblər. Yeniyetmə yalan ifadə verməkdən imtina etdikdən sonra isə onu barmaqlarını sındırmaq və həbsdə olan atasını zorlayacaqları ilə hədələyiblər. Polis əməkdaşlarını ifşa edən video yazını azyaşlı gizli şəkildə çəkib.

Cəmiyyətdə böyük etirazlardan sonra Gürcüstan Prokurorluğu 2026-cı il 13 fevralda polis əməkdaşı Luka Xurtsilavanı həbs edib", - məlumatda deyilir.

Gürcüstan Prokurorluğundan sözügedən telekanala bildirilib ki, polis əməkdaşının ailəsi quruma notarial qaydada təsdiqlənmiş sənəd təqdim edib və ailənin Luka Xurtsilavaya qarşı heç bir şikayəti olmadığını qeyd edib.

ŞƏRH YAZ
5