Kateqoriyalar
Batumidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 45 yaşlarında bir kişi hadisə yerində vəfat edib.
Aktual.ge xəbər verir ki, hadisə şəhərin Fridon Xalvaşi küçəsində baş verib.
Mövcud məlumata görə, iki minik avtomobili toqquşub.
Yerli sakinlərin bildirdiyinə görə, 45 yaşlarında olan kişi avtomobillərdən birinin içində olub.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı istintaq davam edir.