Rustavidə pul köçürmə aparatı yarılıb: 3 784 lari oğurlanıb
Bugün
56
Siyasət
A
Rustavidə pul köçürmə aparatı yarılıb: 3 784 lari oğurlanıb

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda ziyana səbəb olan oğurluq ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxslə birlikdə şirkətlərdən birinə məxsus sürətli pul köçürmə aparatından öz hesablarına pul köçürüblər. Daha sonra aparata zərər vuraraq onun içərisindəki pulu qanunsuz olaraq ələ keçiriblər.

Şirkətə dəymiş zərərin 3 784 lari olduğu bildirilir. Keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəli şəxs saxlanılıb. Onunla birlikdə olan yetkinlik yaşına çatmayan şəxslə bağlı isə qanunla nəzərdə tutulan tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0