İrakli Kobaxidze İrəvanda İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Bugün
102
Siyasət
A
İrakli Kobaxidze İrəvanda İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Aktual.ge xəbər verir ki, ikitərəfli görüş BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində baş tutub.

Hökumət administrasiyasının məlumatına görə, tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə edib və turizm sahəsində müsbət əməkdaşlığı vurğulayıblar.

Görüşdə regiondakı təhlükəsizlik mühiti və mövcud vəziyyət də müzakirə olunub. Gürcüstanın Baş naziri gərginliyin azaldılması və uzunmüddətli sülhün təmin olunması üçün dialoqun və diplomatik səylərin əhəmiyyətini qeyd edib.

ABŞ tərəfindən tətbiq olunan sanksiyalara riayət etmək və ikinci dərəcəli sanksiyalardan yayınmaq məqsədilə İran aviaşirkətlərinin Tbilisi hava limanına son reysləri 2026-cı il sentyabrın 20-də həyata keçirilib. Sentyabrın 21-dən etibarən isə Gürcüstandan İrana uçuşlar tamamilə dayandırılıb.

Turizmə gəlincə, İranın Gürcüstan turizmində payı 3%-dən azdır. 2026-cı ilin ilk yarısında müharibə fonunda iranlı ziyarətçilərin sayının 49%, turizm gəlirlərinin isə 65% azalması nəticəsində Gürcüstan 29 397 iranlı ziyarətçidən 19,9 milyon dollar gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə İrandan əldə olunan gəlir 124 milyon dollar təşkil edib.

ŞƏRH YAZ
1