Kateqoriyalar
Kvareli bələdiyyəsinin Eniseli kəndində baş verən yol qəzası nəticəsində 30 yaşlı kişi dünyasını dəyişib
Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.
Məlumata görə, hadisə bu səhər kənd qəbiristanlığının yaxınlığında, mərkəzi yolda baş verib. Sürətlə hərəkət edən avtomobilin sürücüsü sükan idarəetməsini itirib və avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis cəlb olunub.