“Gürcü Arzusu” parlament çoxluğu bu tarixdə toplanacaq | İvanişvili də iştirak edəcək
15.10.2026 23:42
29
Siyasət
A
“Gürcü Arzusu” parlament çoxluğu bu tarixdə toplanacaq | İvanişvili də iştirak edəcək

"Hamı ənənəvi olaraq parlament çoxluğunun iclasının hər bazar ertəsi keçirilməsinə öyrəşib, başqa bir tarix elan edildikdə isə bu, müxtəlif müzakirələrə səbəb olub". 

Aktual.ge xəbər verir ki, bunu Parlament çoxluğunun lideri İrakli Kirçxalia şənbə günü təyin olunan iclasla bağlı danışıb.

“Cəmiyyətin, xüsusilə də medianın maraq göstərməsi məntiqlidir. Bilirsiniz ki, partiya və parlament fəaliyyəti davam edir, həmçinin hansı formatlarda görüşlər keçirdiyimizi də bilirsiniz. Hamı ənənəvi olaraq parlament çoxluğunun iclasının hər bazar ertəsi keçirilməsinə öyrəşib. Başqa bir tarix elan edildikdə isə bu, müxtəlif müzakirələrə səbəb olub. Bu, adi haldır. Partiya fəaliyyəti davam etdiyi müddətdə görüş istənilən vaxt keçirilə bilər. Beləliklə, iki gün qalıb və görüşdən sonra açıqlama veriləcək”, – deyə İrakli Kirçxalia “İmedi” telekanalının efirində bildirib.

Oktyabrın 17-də saat 14:00-da “Gürcü Arzusu” parlament çoxluğunun iclası təyin edilib. “Gürcü Arzusu”nun deputatı Levan Maçavariani bildirib ki, iclasda partiyanın fəxri sədri Bidzina İvanişvili də iştirak edəcək.

Deputatın sözlərinə görə, iclasda ölkədə baş verən hadisələr, o cümlədən siyasi partiyaların qadağan edilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

ŞƏRH YAZ
1