Müxalif “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Zurab Girçi Japaridze Türkiyə hava limanında saxlanılması ilə bağlı açıqlama yayıb.
Aktual.ge xəbər verir ki, siyasətçinin sosial şəbəkədə yazdığına görə, 2025-ci ilin noyabr ayından etibarən onun Türkiyəyə girişinə qadağa qoyulub.
Müxalif lider qeyd edib ki, bu səbəbdən mühüm görüşlərdə iştirak etmək imkanını itirib.
“Bu gün 'Renew Europe'un dəvəti ilə Brüsselə uçurdum. Liderlər sammitində iştirak etməli idim. Türkiyədə aviaşirkəti dəyişməli olacaqdım. Sərhəddə məni saxladılar.
Mənə izah etdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişimə qadağa qoyulub. Gürcüstanın rəsmi qurumlarından mənimlə bağlı müəyyən məlumatlar alıblar. Sabah səhər məni Tbilisiyə geri göndərəcəklər.
Təəssüf ki, mühüm görüşlərdə iştirak etmək imkanını itirdim. Narahat olmağa başqa heç nə yoxdur”, – deyə o qeyd edib.
Qeyd edək ki, onun saxlanılması barədə ilk məlumatı “Alde” yayıb.